Avropa çempionatının qalibləri mükafatlandırıldı
İdman 18:36 / 04.03.2026
Xizək alpinizmi üzrə Avropa çempionatının ilk yarış gününün qalibləri mükafatlandırılıb.
Olimpiyadunyasi.com xəbər verir ki, yarışlarda U-18 və U-20 kategoriyasında olan qızlar və oğlanlar, eləcə də böyüklər arasında sprint yarışların qalibləri təltif olunub. Yarışda beşinci yeri tutan Azərbaycan təmsilçisi Nurid Şəkərəliyev həvəsləndirici mükafatla təltif edilib. Qaliblər diplom və medallarla mükafatlandırılıblar.
Qeyd edək ki, Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və "Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunda ümumilikdə 18 ölkədən 124 idmançı mübarizə aparır. Azərbaycan komandası yarışda 5 idmançı ilə təmsil olunur. Yarışlara martın 8-də yekun vurulacaq.
249 oxunub