XƏBƏR LENTİ
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026



Xizək alpinizmi üzrə Avropa çempionatının ilk qalibləri mükafatlandırıldı
İdman 12:10 / 04.03.2026
Şahdağda keçirilən xizək alpinizmi üzrə Avropa çempionatında ilk qaliblər müəyyənləşib.
Olimpiyadunyasi.com xəbər verir ki, U-18 kateqoriyası üzrə sprint yarışlarında kişilər arasında Fransijek Yopek (Çexiya) birinci, Matey Petre (Rumıniya) ikinci, Adam Hubaç (Slovakiya) üçüncü yeri tutub. Qadınların mübarizəsində Nuria Noqueyra (İspaniya) qızıl, Antonina Rakuş (Polşa) gümüş, Nataliya Bobrovska (Polşa) bürünc medal qazanıb.
U-20 kateqoriyasında isə kişilər arasında Aaron Alvares (İspaniya) finişə birinci, Marek Foltin (Çexiya) ikinci, Morits Bauregger (Almaniya) üçüncü çatıb. Qadınlarda Helena Öringer (Almaniya) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Emma Albrext (Avstriya) gümüş, Klara Velepeç (Sloveniya) bürünc mükafata sahib olub. Qaliblər diplom və medallarla təltif olunublar. 
295 oxunub

InvestAZ