Sabah Afinada seçkilər keçiriləcək
Olimpiya Hərəkatı 16:39 / 09.06.2021
Avropa Olimpiya Komitəsinin (EOC) 50-ci Baş Assambleyası sabah Yunanıstanın paytaxtı Afinada start götürəcək.
iki günlük iclasın əsas məqami 2021-2025-ci illər EOC İcraiyyə Komitəsinə, həmçinin qurumun 9-cu prezidenti vəzifəsinə seçkilər olacaq. EOC prezidenti vəzifəsinə namizədlər qurumun hazırkı rəhbəri və Danimarka İdman Konfederasiyasının rəhbəri Nils Niqaard və Yunanıstan Olimpiya Komitəsinin prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Spiros Kapralosdur.
EOC sədrinin müavini, baş katibi, xəzinədarı və üzvləri üçün də seçkilər Baş Assembleyanın ilk günündə keçiriləcək. Günün ikinci yarısında isə EOC Etik Komissiyasına (2021-2025) seçkilər baş tutacaq.
Baş Assambleya ərzində qurumun 50-ci ildönümü, 50 Avropa Milli Olimpiya Komitəsi, Beynəlxalq Federasiyalar və Avropa federasiyalarının son 50 illik idman hadisələrindən bəhs ediləcək.
46027 oxunub