XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



II Avropa Oyunlarının yayım məsələsi müzakirə edilib
Olimpiya Hərəkatı 17:48 / 09.03.2019

İkinci Avropa Oyunlarının daxili yayımçısı olan İspaniyanın ISB şirkətinin nümayəndə heyəti Minskə səfər edib.
II Avropa Oyunlarının saytına istinadla xəbər verir ki, səfərin məqsədi "Dinamo” stadionunda keçiriləcək rəsmi açılış mərasimində yayım məsələlərinin müzakirəsi olub.
Səfər çərçivəsində Oyunların açılış mərasiminə hazırlıqla bağlı vəziyyət öyrənilib, bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin Oyunlar zamanı televiziya verilişlərinin təşkili ilə bağlı brifinq təşkil edilib, televiziya hüquqlarının satışı məsələləri, yayımın detalları və müvafiq infrastruktur obyektlərinin hazırlığı müzakirə edilib.

37781 oxunub

InvestAZ