Belçika Yupiter Liqasının 11-ci turu çərçivəsində keçirilən "Standard Liej” -"Antverpen” matçı 88-ci dəqiqədə dayandırılıb.
"Standard Liej”in tribunasından atılan su şüşəsi futbolçu Moris Düfrasenə dəyib. Bu səbəbdənmatçın hakimi oyunu saxlamaq məcburiyyətində qalıb.
"Standard"ın mətbuat xidmətinin sosial şəbəkədə yaydığı məlumata görə, qarşılaşma oktyabrın 20-də bağlı qapılar arxasında keçiriləcək.
Qeyd edək ki, oyunun dayandırıldığı vaxtda yeganə qolu ilk dəqiqədə meydan sahiblərinin hücumçusu Rafiki Səid vurub.