"Roma"nın hücumçusu Paulo Dibala Avropa karyerasını yekunlaşdıra bilər.
31 yaşlı argentinalı futbolçunun hazırkı müqaviləsi gələn ilin ortalarında başa çatır. Jurnalist Ekrem Konurun sözlərinə görə, Braziliyanın "Flamenqo" klubu Dibala üçün böyük pullar xərcləməyə hazırdır.
Qeyd edək ki, Paulo Dibala bu mövsüm "Roma"nın heyətində 5 oyun keçirib, lakin hələ də qol vura bilməyib.