Bu gün Azərbaycan Basketbol Liqasında III turun oyunlarına start veriləcək.
Turun ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq. Günün ilk oyununda B qrupunun iştirakçıları olan "Lənkəran" və "Naxçıvan" komandaları üz-üzə gələcək. Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək oyunun start fiti saat 15:00-da səslənəcək.
Günün və qrupun ikinci qarşılaşmasında isə "Ordu" klubu "Sərhədçi"ni qonaq edəcək. Bakı İdman Sarayında keçiriləcək oyuna saat 19:00-da start veriləcək.
Qeyd edək ki, III turun oyunları oktyabrın 19-da başa çatacaq.
342 oxunub