Bu gün futbol üzrə Misli Premyer Liqasında VIII turun oyunlarına yekun vurulacaq.
Turun son oyun günündə daha iki qarşılaşma təşkil olunacaq. Meydana əvvəlcə "Sabah" və "Zirə" komandaları çıxacaq. Saat 16:00-da başlayacaq oyun "Bank Respublika Arena"da baş tutacaq. Matçın baş hakimiCavid Cəilov olacaq.
Turun və günün son oyununda isə "Neftçi" və "Araz-Naxçıvan" komandaları üz-üzə gələcək. "Palms Sports Arena"da keçiriləcək oyuna saat 18:30-da start veriləcək. OyunuFərid Hacıyev idarə edəcək.