Manuel Noyer "Bavariya"nın qapıçısı kimi Bundesliqada ən çox qələbə qazanan futbolçu rekordunu yeniləyib. Bu nəticə Dortmund "Borussiya"sı ilə görüşdə qeydə alınıb -2:1.
2011-ci ildə "Şalke"dən "Bavariya"ya keçən Noyer 363-cü Bundesliqa qələbəsini qazanıb.
Qeyd edək ki, o karyerası ərzində 530 Bundesliqa matçında iştirak edib, 446 qol buraxıb və 242 oyunda qapını toxunulmaz saxlayıb.