XƏBƏR LENTİ
22 Aprel 2025
21 Aprel 2025
20 Aprel 2025
19 Aprel 2025
18 Aprel 2025



U-17 Liqa yarışında ilk qaliblər müəyyənləşdi
İdman 01:09 / 22.04.2025
Abşeron Olimpiya İdman Kompleksində yeniyetmələr arasında keçirilən cüdo üzrə U-17 Liqa yarışının birinci turu start götürüb. Üç gün davam edəcək turnirdə 101 klub və idman cəmiyyətini təmsil edən 852 cüdoçu (677 oğlan, 175 qız) tatami üzərinə çıxıb. Yarışın ilk günündə oğlanlar və qızlar arasında ümumilikdə 4 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.
Oğlanların -50 kq çəki dərəcəsində Sumqayıt şəhəri 1 nömrəli İOEUGİM-in cüdoçusu İlham Əlizadə bütün rəqiblərinə qalib gələrək çempion olub. Komanda yoldaşı Nihad Ağayev ikinci yeri tutub. Əli Kazımzadə ("Kano" PİK) və Raul Məlikzadə (Bakı şəhəri 8 nömrəli İOEUGİM) isə bürünc medal qazanıblar.
-66 kq çəkidə Gəncə şəhəri 1 nömrəli UGİŞM-in nümayəndəsi Sadiq Məmmədov qızıl medala sahib çıxıb. Bakı şəhəri 13 nömrəli İOEUGİM-dən Fərid Həsənli gümüş, Nicat Əliyev (Bakı 1 nömrəli İOEUGİM) və Sənan Piriyev (Bakı 13 nömrəli İOEUGİM) isə bürünc medal qazanıblar.
Qızların -40 kq çəkisində Şəki OİK-in təmsilçisi Ayan Muradova fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. RKİM-dən Sunay Salamova ikinci yerin sahibi olub. Bakı şəhəri 2 nömrəli İOEUGİM-dən Zəhra Quliyeva və Sumqayıt 2 nömrəli UGİŞM-in yetirməsi Ləman Niftəliyeva isə üçüncü yeri bölüşüblər.
-52 kq çəki dərəcəsində isə "Neftçi" Sumqayıt klubunun iki cüdoçusu - Yağmur Əhmədzadə və Məleykə Mürsəliyeva müvafiq olaraq, birinci və ikinci yerləri tutublar. AHİTA-dan Qızılgül Əkbərova və Hövsan İK-dən Aynur Süleymanova isə bürünc medal əldə ediblər.
426 oxunub

InvestAZ