Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Papanın vəfatı ilə bağlı başsağlığı verib. "Müqəddəs Papa Fransiskin vəfatı ilə biz Olimpiya Hərəkatının etibarlı dostunu və tərəfdarını itirmişik. O, Olimpiya Oyunlarının sülh və həmrəylik missiyasına və BOK-un qaçqınlarla bağlı çoxsaylı təşəbbüslərinə böyük dəstək verirdi. Bu xəbər hər birimizi çox sarsıtdı", - deyə BOK-un mətbuat xidməti sosial şəbəkə hesablarında Baxın sözlərindən sitat gətirib.
Məlumat üçün bildirək ki, Tomas Bax iyunun 24-də BOK prezidenti vəzifəsini tərk edəcək. Onun bu ilin mart ayında seçilmiş yeni Kirsti Koventri əvəz edəcək.
Qeyd edək ki, Papa Fransisk bu gün 88 yaşında Vatikandakı iqamətgahında vəfat edib.