Qadın voleybolçuların Yüksək Liqasında final mərhələsinə start verilib. Aprelin 21-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən ilk oyunda "Abşeron” "Azərreyl” üzərində 3:0 (25:19, 25:16, 25:18) hesablı qələbə qazanıb. Qızıl medal uğrunda seriyanın ikinci qarşılaşması aprelin 24-də, saat 15:00-da Milli Gimnastika Arenasında baş tutacaq. Reqlamentə əsasən, qalib iki oyunun nəticəsinə görə müəyyənləşəcək. Əgər qalib müəyyənləşməzsə, çempionun adına "Qızıl set”də aydınlıq gələcək.
257 oxunub