XƏBƏR LENTİ
21 Aprel 2025
20 Aprel 2025
19 Aprel 2025
18 Aprel 2025



Azərbaycan nümayəndələri Etnosport Forumunda iştirak ediblər
İdman 20:07 / 21.04.2025

Aprelin 19-20-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Dünya Etnosport Konfederasiyasının VII Beynəlxalq Forumu keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Beynəlxalq Etnosport Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan, bir sıra ölkələrin idman nazirləri və idman sahəsinə məsul nümayəndələri iştirak ediblər. Forumda Azərbaycanı Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov və Azərbaycan Respublikası Atçılıq Federasiyasının nümayəndəsi Müzadil Həsənov təmsil ediblər.

Forum çərçivəsində həmçinin 6-cı ənənəvi idman mükafatlarının təqdimetmə mərasimi də baş tutub. Azərbaycan Atçılıq Federasiyası etnosportun inkişafına verdiyi töhfəyə görə mükafatlandırılıb.


257 oxunub

InvestAZ