XƏBƏR LENTİ
21 Aprel 2025
20 Aprel 2025
19 Aprel 2025
18 Aprel 2025



Akrobatlarımızdan daha iki gümüş medal
İdman 15:09 / 21.04.2025
Lüksemburqda keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatında Azərbaycan gimnastları parlaq çıxışları ilə növbəti dəfə ölkəmizi sevindiriblər. Milli komandamızın aktivinə daha iki gümüş medal əlavə olunub.
Belə ki, kişi qrupu yarışlarında Seymur Cəfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli və Riad Səfərov temp hərəkətlərində 28.020 xal toplayaraq gümüş medala sahib çıxıblar.   
Balans hərəkətlərində isə kişi cütlüyümüz – Murad Rəfiyev və Daniel Abbasov 28.570 xalla yarışın gümüş medalına layiq görülüb.

298 oxunub

InvestAZ