XƏBƏR LENTİ
02 Fevral 2025
31 Yanvar 2025
30 Yanvar 2025
29 Yanvar 2025
28 Yanvar 2025
27 Yanvar 2025
26 Yanvar 2025



Gənclər Günü münasibətilə mükafatlandırma mərasimi keçirilib
İdman 17:50 / 31.01.2025

Bakı Şəhər Gənclər və İdman İdarəsində (BŞGİİ) 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə mükafatlandırma mərasimi keçirilib.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, ardınca ölkəmizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra iştirakçılar Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmana əsasən təsis edilən 2 Fevral - Azərbaycan Gəncləri Gününün tarixçəsi ilə bağlı videoçarxı izləyiblər.

BŞGİİ-nin rəisi Dənyar Teymurlu çıxış edərək gəncləri təbrik edib, onların müstəqil dövlətimizin qurulmasında, onun qorunmasında və inkişafında önəmli rolu oynadıqlarını vurğulayıb. O, qeyd edib ki, gənclərin beynəlxalq aləmdə tanıdılması, onların istedadlarının inkişaf etdirilməsi və müxtəlif sahələrdə uğurlar qazanması üçün müvafiq proqramlar həyata keçirilir. Onları fəal olmağa və yeni təşəbbüslərlə çıxış etməyə çağırıb.

Sonra söz gənclərə verilib, onlarla fikir mübadiləsi aparılıb, təklif və iradları dinlənilib.

Sonda gənclər cəmiyyətdəki aktivliyi, sosial layihələrdəki iştirakları və əldə etdiyi uğurlar nəzərə alınaraq mükafatlandırılıblar.

Mükafatlar gənclərin motivasiyasını artırmaq və onların gələcək fəaliyyətlərinə stimul vermək məqsədini daşıyır.


895 oxunub

InvestAZ