XƏBƏR LENTİ
02 Fevral 2025
31 Yanvar 2025
30 Yanvar 2025
29 Yanvar 2025
28 Yanvar 2025
27 Yanvar 2025
26 Yanvar 2025



Avropa Liqası: "Qarabağ" son oyunda da məğlub oldu 
İdman 02:11 / 31.01.2025

"Qarabağ" klubu UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində sonuncu oyununa çıxıb. Qurban Qurbanovun komandası VIII turunda Yunanıstanın "Olimpiakos” komandası ilə qarşılaşıb. Georgios Karaiskakis stadionunda keçirilən oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Yunanların heyətində 56 və 60-cı dəqiqələrdə El Kaabi fərqlənib. Matçın 89-cu dəqiqəsində isə Julian Byankon oyunda yekun hesabı müəyyənləşdirib.

Beləliklə, Ağdam təmsilçisi Liqa mərhələsində keçirdiyi 8 görüşün 7-də məğlub olub, 1-ni qələbə ilə başa vurub. "Qarabağ" bu nəticə iləLiqa mərhələsini 3 xalla sonuncu - 36-cı pillədə başa vurub. Bununla da Azərbaycan çempionu cari mövsüm avrokuboklarda mübarizəni dayandırıb.



897 oxunub

InvestAZ