XƏBƏR LENTİ
02 Fevral 2025
31 Yanvar 2025
30 Yanvar 2025
29 Yanvar 2025
28 Yanvar 2025
27 Yanvar 2025
26 Yanvar 2025



Ölkəmizin UEFA reytinqindəki mövqeyi dəyişmədi
İdman 12:42 / 31.01.2025

Azərbaycan UEFA reytinqində 28-ci pillədə qərarlaşıb.

Avrokuboklarda həftənin oyunlarından sonra ölkənin mövqeyində dəyişiklik olmayıb.

UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunda Yunanıstanda "Olimpiakos"a uduzan (0:3) "Qarabağ" Azərbaycanın (19.625) əmsalına fayda verə bilməyib.

Bolqarıstan (19.874) 27-ci, Sloveniya (18.343) 29-cudur.

Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıya İngiltərə (106.624) başçılıq edir.


881 oxunub

InvestAZ