Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Qətərin paytaxtı Doha şəhərində keçirilən "WTT Youth Contender Doha 2025” turnirində uğurla çıxış edib.
Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, U-15 kateqoriyasında mübarizə aparan Onur qrup oyunlarında Birləşmiş Ərəb Əmirlikləri və Türkmənistan idmançılarını üstələyərək, ilkin mərhələni lider kimi adlayıb. Ardınca o, Bəhreyn, Tailand və Malayziyadan olan rəqiblərinə də qalib gələrək finala yüksəlib. Gərgin mübarizə şəraitində keçən həlledici görüşdə İran təmsilçisinə 2:3 hesabı ilə məğlub olan stolüstü tennisçimiz yarışın gümüş mükafatına layiq görülüb.