XƏBƏR LENTİ
02 Fevral 2025
31 Yanvar 2025
30 Yanvar 2025
29 Yanvar 2025
28 Yanvar 2025
27 Yanvar 2025
26 Yanvar 2025



Yeni yaradılan İdman Federasiyaları Marketinq Komitəsinin ilk iclası keçirilib
İdman 11:56 / 31.01.2025

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yeni yaradılan İdman Federasiyaları Marketinq Komitəsinin ilk iclası keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Komitənin gələcək fəaliyyət planı müzakirə edilib. Gənclər və idman naziri Fərid Qayıbov Komitə üzvləri ilə müzakirələr aparıb.

Qeyd edək ki, komitə hər ay toplanaraq, idman növlərinin populyarlığını artırmaq məqsədilə marketinq, PR və digər sahələrin inkişafına dair vacib təkliflər hazırlamağı planlaşdırır.


852 oxunub

InvestAZ