Hindistan televiziyasında yayımlanan məşhur "Kim Milyonçu olmaq istəyir?” teleoyununun iştirakçısı Formula 1 barədə düşən sualı cavablandıra bilməyib. "2024-cü il Monako Qran Prisində qalib gələn və 93 ildə ilk dəfə doğma azarkeşlər önündə ilk moneqasklı pilotu hansıdır?" - sualına cavab verə bilməyən iştirakçı cavabı bilmədiyi üçün pulu götürüb. Xatırladaq ki, ötən mövsüm Monako Qran Prisinin qalibi "Ferrari"nin pilotu Şarl Lekler olub.