XƏBƏR LENTİ
05 Dekabr 2024
04 Dekabr 2024
02 Dekabr 2024
01 Dekabr 2024
28 Noyabr 2024
27 Noyabr 2024
26 Noyabr 2024
25 Noyabr 2024
24 Noyabr 2024
21 Noyabr 2024
19 Noyabr 2024
15 Noyabr 2024
14 Noyabr 2024
13 Noyabr 2024



Triatlon üzrə milli komandaya yeni idmançıların seçimi məqsədilə test keçirilib
İdman 10:55 / 04.12.2024

Azərbaycan Triatlon Federasiyası (ATF) milliyə yeni idmançılar seçmək məqsədilə testlər təşkil edib.

ATF-dən verilən məlumata görə, bu barədə qurumun baş katibi Seymur Hüseynov deyib.

Federasiya rəsmisi milliyə yeni idmançıların seçimi ilə bağlı fikirlərini bildirib:

"Son illərdə triatlon Azərbaycanda əhəmiyyətli dərəcədə inkişaf edib və idmançılar arasında bu sahəyə maraq durmadan artır. Əvvəllər triatlonla məşğul olan hər bir şəxs milliyə daxil olmaq üçün müraciət edə bilirdi. Lakin hazırda vəziyyət fərqlidir. Artıq idmançılar və klublar arasında ciddi bir seçim prosesi həyata keçirilir. Bu, triatlonun ölkədə daha da inkişaf etməsi və kütləviliyindən xəbər verir. Testlər yalnız fiziki hazırlıq səviyyəsini yoxlamaqla kifayətlənmir, eyni zamanda idmançıların texniki və taktiki bacarıqlarını da qiymətləndirir. Məşqçi heyəti hər bir idmançının fərdi göstəricilərinə diqqət yetirərək, onların potensialını müəyyən etmək və ən yaxşıları seçmək məqsədi güdür. Seçim prosesi triatlonun inkişafında mühüm bir mərhələdir. Beləliklə, Azərbaycan triatlonu yalnız kütləviliyi ilə deyil, həm də yüksək peşəkarlıq səviyyəsi ilə fərqlənməyə başlayır”.

S.Hüseynov bu seçim prosesinin triatlonun inkişafında mühüm mərhələ olduğunu vurğulayıb: "Ümumiyyətlə, triatlon üzrə milli komandaya yeni idmançıların seçilməsi məqsədilə keçirilən bu testlər ölkəmizin bu idman sahəsindəki inkişafını və beynəlxalq uğurlarını daha da artırmaq üçün vacib bir addımdır. Seçim prosesinin peşəkarlığı və şəffaflığı, gələcəkdə yüksək nəticələrin əldə edilməsi üçün güclü bir təməl qoyur”.




621 oxunub

InvestAZ