XƏBƏR LENTİ
05 Dekabr 2024
04 Dekabr 2024
02 Dekabr 2024
01 Dekabr 2024
28 Noyabr 2024
27 Noyabr 2024
26 Noyabr 2024
25 Noyabr 2024
24 Noyabr 2024
21 Noyabr 2024
19 Noyabr 2024
15 Noyabr 2024
14 Noyabr 2024
13 Noyabr 2024



Ölkəmizdə ağırlıqqaldırma üzrə Beynəlxalq Tədris Mərkəzi açıla bilər
İdman 10:05 / 04.12.2024

Dekabrın 3-də Bəhreynin paytaxtı Manamada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraiyyə Komitəsinin iclası keçirilib.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindənverilən məlumata görə, tədbirdə bir çox məsələ ilə yanaşı, qurumun Beynəlxalq Tədris mərkəzlərinin hansı ölkələrdə qurulması da müzakirə edilib. Gündəliyə Avropa, Asiya, Afrika, Amerika və Okeaniya üzrə seçimlər salınıb.

İclasda Azərbaycan nümayəndə heyəti də iştirak edib. Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə və vitse-prezidenti Firdovsi Umudovun da iştirak etdiyi iclasda Azərbaycanın namizədlik təqdimatı edilib. Təqdimatda IWF-in Avropa üzrə BTM-ni təşkil etmək istəyən ölkəmizin tarixi, bu günü, turizm potensialı, geniş infrastruktur imkanları, beynəlxalq tədbirlərin təşkili üzrə böyük təcrübəsi, idman nailiyyətləri və digər üstünlükləri, həmçinin Azərbaycanda başda Prezident İlham Əliyev olmaqla idmana dövlət səviyyəsində diqqət və qayğı göstərildiyi barədə məlumat verilib, xüsusi videoçarx nümayiş etdirilib.

Sonra Mariana Vasileva IWF-lə əlaqələri yüksək qiymətləndirdiklərini, qurumun tədris məsələlərinə bu qədər əhəmiyyət verməsini təqdir etdiklərini bildirib. O qeyd edib ki, Gənclər və İdman Nazirliyi bu layihənin dəstəkçisidir və BTM-in qurulmasını Azərbaycan ağırlıqqaldırması və ümumən idmanının inkişafı istiqamətində vacib addım sayır.

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Calud və İcraiyyə Komitəsinin digər üzvləri Azərbaycan, onun idmanı, burada idmana ən yüksək səviyyədə göstərilən diqqəti xüsusi fərqləndirib və uğurlar arzulayıblar.

Qeyd edək ki, dünyada cəmi 5 belə mərkəz qurulacaq. Azərbaycanla yanaşı, bu hüququ əldə etmək üçün Asiyada Çin, Afrikada Misir, Amerikada Kuba, Okeaniyada isə Avstraliya iddialıdır.

Ölkəmiz bu hüquqa yiyələnərsə, BTM-də ağırlıqqaldırma üzrə beynəlxalq məşqçilik kursları, lisenziyalaşdırma üzrə seminar və mühazirələr, həmçinin müvafiq hakimlik məşğələləri, digər texniki rəsmilər, həmçinin idmançılar üçün dərslər, kateqoriya və ixtisas təlimləri keçiləcək. Mərkəzdəki tədrisdə Avropa və ehtiyac olacağı təqdirdə yaxın region ölkələrinin nümayəndələrinin iştirakı təmin ediləcək. Azərbaycanda BTM paytaxt Bakıdakı ASK Arenada yerləşəcək.


310 oxunub

InvestAZ