XƏBƏR LENTİ
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024



103 federasiya əvvəlki rəhbəri geri qaytarmaq istəyir
İdman 15:31 / 31.10.2024

Rusiyalı iş adamı Alişer Usmanov Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) prezidenti postuna yenidən namizəd göstərilib.

"Dünyanın yüzdən çox yerli federasiyası tərəfindən Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) prezidenti seçilmək üçün namizədliyimin irəli sürülməsini və dəstəklənməsini beynəlxalq qılıncoynatma üzrə əvvəlki illərlə müqayisədə etimad və nailiyyətlərin tanınması kimi qiymətləndirirəm. 15 il bu işdə yorulmaz fəaliyyət göstərmişəm. Mənə etimad göstərən 103 federasiyanın hər birinə, eləcə də məni dəstəkləyən idman rəhbərlərinə təşəkkür edirəm”, - deyə RİA Novosti Sport Usmanovun sözlərini sitat gətirib.

Məlumat üçün bildirək ki, Alişer Usmanovun seçkilərdə əsas rəqibi isveçli Otto Drakenberqdir.

71 yaşlı A.Usmanov 2008-ci ildən 2022-ci il martın 3-dək analoji vəzifədə yer alıb. Daha sonra o, Avropa İttifaqının sanksiyaları səbəbindən FIE-nin prezidenti kimi fəaliyyətinin könüllü olaraq dayandırıb.

Xatırladaq ki, oktyabr ayında Usmanov Paris-2024 Yay Olimpiya Oyunları zamanı FIE-nin "hakimlərin rüşvətxorluğu sistemiilə bağlı Almaniyanın ARD telekanalına qarşı məhkəmədə qalib gəlib.



240 oxunub

InvestAZ