Britaniyalı Lyuis Hemiltonun qarşıdan gələn Braziliya Qran - Prisində mərhum Ayrton Sennanın avtomobilini idarə edəcək.
Bu xəbər sosial şəbəkədə böyük müzakirəyə çevrilib.
Formula 1 üzrə braziliyalı vitse dünya çempionu Rubens Barrikello
hadisəni tənqid edən bir fanatın paylaşımına cavab verib. Həmin azarkeş bildirib ki, - "Braziliyada Sennanın avtomobilini sürməyə layiq olan biri varsa, bu Rubens Barrikellodur. Onun Ayrton Senna ilə keçmişi var. Rubens Hemiltondan daha yaxşıdır.
Barrikello həmin şərhin altından bu sözləri yazıb - "Razıyam".
Xatırladaq ki, Hemilton 1990-cı ildəki "McLaren”i Ayrton Sennanın üç çempionluq titulundan ikincisini qazandığı "İnterlaqos” trasında idarə edəcək.