Dünyanın iki nömrəli ispaniyalı tennisçisi Karlos Alkaras Parisə olan sevgisindən danışıb. O, qeyd edib ki, Bu şəhər onun ürəyində xüsusi yer tutur.
"Mənim üçün Paris gözəl şəhərdir. Dünyanın ən yaxşı turnirləri burada keçirilir. Ona görə də həmişə burada oynamaq istəyirəm. Əlbəttə fransızlara qarşı oynamayanda kütlə həmişə çox mehriban olur. Burada məni çox sevirlər. Bu mənada Paris həmişə mənim qəlbimdə yer alacaq”, - "Punto de Break” saytı Alkarasdan sitat gətirib.
Məlumat üçün bildirək ki, Parisdə keçirilən "Masters”də Karlos Alkaras üçüncü mərhələyə yüksəlib. O növbəti görüşünü dünyanın 18-cisi olan fransalı Hüqo Humbertə qarşı keçirəcək.