Pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin "Azərbaycan İdman Akademiyasının fəxri doktor və professorları” adlı yeni kitabı işıq üzü görüb.
Kitabda Azərbaycan İdman Akademiyasında bədən
tərbiyəsi və idmanın inkişafını şərtləndirən və təmin edən akademiyanın bədən
tərbiyəsi və idman sahəsində maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi
strukturlarının
yaradılması konkret faktlarla işıqlandırılır. Akademiyada
təhsilin dünya və Avropa ali təhsil məkanına inteqrasiyası, respublikanın və
xarici ölkələrin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığa dair
beynəlxalq və regional səviyyəli müqavilə və ya memorandumların imzalanması, bu
məqsədlə dövlət proqramlarının hazırlanması, regional və beynəlxalq idman
təşkilatları ilə əlaqələrin qurulması və akademiyanın bu təşkilatlarda fəal
iştirakı da kitabda yer alıb.
Kitab İdman Akademiyasında təhsilin dünya təhsil sisteminə
və Avropa ali təhsil məkanına inteqrasiyasını belə geniş əhatə edən ilk nəşrdir.
Bu baxımdan kitab idman ictimaiyyəti və eləcə də bu sahədə təhsil alan tələbələr
üçün faydalı olacaq.
Nəşr Azərbaycan İdman Akademiyasının
professor-müəllimləri, tələbələri, kiçik elmi işçiləri, xarici ölkələrin ali
təhsil müəssisələrində təhsil alan magistr və doktorantları, ali pedaqoji məktəblərin
professor-müəllim heyəti, tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.