Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov (81 kq) Polşanın Raşin şəhərində keçirilən gənclər və 23 yaşadək atletlər arasında Avropa birinciliyində 3 medal qazanıb.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, idmançımız birdən qaldırmada 151 kq çəkini ram edib və bu hərəkətdə qızıl medala layiq görülüb.
Təkanla qaldırmada 187 kq çəkini başı üzərinə qaldıran atlet bu hərəkətdə gümüş mükafata sahib çıxıb. R.Alməmmədov ümumilikdə 338 kq (151+187) nəticə ilə yekun sıralamada da ikinci yeri tutub.
Qeyd edək ki, Avropa birinciliyində daha əvvəl Qasım İsmayılov (67 kq) bürünc medala sahib çıxıb.