Azərbaycanın bədii gimnastları Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında 2 medal qazanıblar.
Çoxnövçülük üzrə fərdi proqramda çıxış edən Şəms Hüseynova gümüş, Sofiya Məmmədova bürünc mükafata layiq görülüb.
Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək Gimnaziadada Azərbaycan 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.