Azərbaycan boksçuları Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında 18 medal qazanıblar.
Həlledici görüşlərin nəticələrinə əsasən, komandamız 12 qızıl medal qazanıb.
Əli Əliyev (46 kq), Şahin Mustafayev (48 kq), Nihad Qasımov (50 kq), Zakir Həsənzadə (52 kq), Sübhan Babayev (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Rza Rzayev (70 kq), Gülər Hüseynova (46 kq), Banuçiçək Nəsirli (48 kq), Əminə Tağı (54 kq) və Dəniz Babayeva (63 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışda Valeh Eyvazlı (66 kq), Aylin Nəzərova (50 kq), Aysu Mikayılova (52 kq) və Mələk Hümbətova (57 kq) isə gümüş mükafata layiq görülüblər. Adil Zalovla (75 kq) Səfdər Məmmədzadə (+80 kq) isə Oyunları bürünc medalla başa vurublar.
Qeyd edək ki, boks yarışları "Əl-Əhli” klubunun kompleksində keçirilib.