Ötən həftə Meksika Qran Prisinin startında "Red Bull" pilotu Yuki Tsunodanın qəzasını qeyd alan videoqrafın bəxti gətirib. Yuki "Williams" sürücüsü Alexander Albon və "Alpine" sürücüsü Pierre Qasliyə hücum edərkən dirəyə çırpılıb. Hadisə nəticəsində uçan avtomobili çəkən operatorun kamerası və əlləri zədələnib.
"Sky Sport bu fədakar işçisinin maaşını artırmalıdır. Ölüm təhlükəsinə baxmayaraq o, baş verənləri lentə almağa davam etdi”, - deyə jurnalist Əhməd Baokba sosial şəbəkə hesabında paylaşım edib.
Xatırladaq ki, qəza nəticəsində Tsunoda və Albon yarışı tərk edib. Qasli isə yarışı davam etdirə bilib.
602 oxunub