Azərbaycan boksçusu Əli Əliyev Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında qızıl medalını qazanıb. 46 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Ermənistan idmançısına qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu, Azərbaycan boksçularının Manamada ilk qızıl medalı olub.
Qeyd edək ki, hesabında 2 bürünc medal olan oğlanlardan ibarət komandanın heyətində daha 8 boksçu final görüşünə çıxacaq.