XƏBƏR LENTİ
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024



Fermerlərin etirazları nüfuzlu yarışa da mane olur
İdman 11:22 / 16.02.2024
"Vuelta Andalusia" velosiped yarışının təşkilat komitəsi ispaniyalı fermerlərin etirazları səbəbindən nüfuzlu yarışı təxirə salmaq qərarına gəliblər. Bu barədə "Marca” qəzeti xəbər verib.
Məlumat üçün bildirək ki, yarış fevralın 14-də start götürməli idi. Lakin İspaniyadakı vəziyyətlə əlaqədar veloturun bu gün keçiriməsi nəzərdə tutulub. Mövcud vəziyyəti nəzərə alaraqa təşkilatçılar komanda rəhbərləri ilə məsləhətləşdikdən sonra yarışın marşrutunu üç mərhələyə endiriblər. Qeyd edək ki, turun hazırkı qalibi sloveniyalı velosipedçi Tadej Poqaçardır.
Xatırladaq ki, fermer tətilləri 6 fevral 2024-cü il tarixində başlayıb.. Etirazçılar iş şəraitinin yaxşılaşdırılmasını və zərərlə işləməməyə imkan verən ədalətli qərarların verilməsini tələb edir.

6490 oxunub

InvestAZ