Şahdağda keçirilən xizək alpinizmi üzrə Avropa çempionatı davam edir.
Olimpiyadunyasi.com xəbər verir ki, yarışların ikinci günündə idmançılar qarışıq estafet növündə mübarizə aparacaqlar. Əvvəlcə yeniyetmə qızlar və oğlanlar arasında təsnifat və final yarışları keçiriləcək. Ardınca isə böyüklər arasında qadın və kişilərin qarışıq estafet yarışına start veriləcək. Təsnifat və final yarışlarından sonra mükafatlandırma mərasimi keçiriləcək.
Qeyd edək ki, Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və "Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunda ümumilikdə 18 ölkədən 124 idmançı mübarizə aparır. Azərbaycan komandası yarışda 5 idmançı ilə təmsil olunur. Yarışlara martın 8-də yekun vurulacaq.
179 oxunub