"Şahdağ" Turizm Mərkəzində keçirilən xizək alpinizmi üzrə Avropa çempionatında növbəti medalçıların adlarına aydınlıq gəlib.
Olimpiyadunyasi.com xəbər verir ki, böyüklərin sprint yarışında kişilər arasında rusiyalı Nikita Filippov bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ilk pilləsinə yüksəlib. Tomas Bussar (İsveçrə) ikinci, Martines Ferrer (İspaniya) üçüncü olub.
Qadınların mübarizəsində isə Marianne Fatton (İsveçrə) Avropa çempionu adını qazanıb. İtaliyalı Julia Murada gümüş, almaniyalı Tatyana Paller isə üçüncü yerlə kifayətlənib.
Qaliblərin mükafatlandırma mərasimi bu gün saat 18:00-da keçiriləcək.
289 oxunub