XƏBƏR LENTİ
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026



Türk klubu ilk görüşünü Madriddə keçirəcək
İdman 16:00 / 16.07.2021
Basketbol üzrə Avroliqanın növbəti mövsüm üçün püşkü atılıb.
mövsüm sentyabrın 30-da start götürəcək. Reqlamentə gəlincə, 18 komandanın hərəsi müntəzəm çempionatda 34 oyun keçirəcək. Aprelin 8-də müntəzəm çempionat başa çatdıqdan sonra ilk 8 yeri tutan komanda pley-offa vəsiqə qazanacaq. Daha sonra 4 klub Berlində keçirilək "Dördlər finalı”nda çıxış edəcək.
Mövsümün ilk turuna gəlincə, azarkeşlər sentyabrın 30-da 4 oyun izləyəcəklər. Fransada "Monako” "Panatinaikos”la qarşılaşacaq. Təl-Əvivdə "Makkabi” "Bavariya”nı qəbul edəcək. İtaliyada keçiriləcək "Milan” ilə ÇSKA arasında oyun da maraqla gözlənilir. Günün mərkəzi matçında isə "Real” Madriddə son çempion "Anadolu Efes”lə oynayacaq.
Oktyabrın 1-də isə daha 5 görüş keçiriləcək. UNİKS Kazanda "Zenit”lə münasibətlərinə aydınlıq gətirəcək. "Fənərbağça” İstanbulda "Srvena Zvezda” ilə qarşılaşacaq. Fransada ASVEL "Jalgiris”in müqavimətini qırmağa çalışacaq. "Olimpiakos” Pireydə "Baskoniya”nı, "Barselona” isə "Palau Blauqrana”da Berlinin "Alba” klubunu qəbul edəcək.


31446 oxunub

InvestAZ