XƏBƏR LENTİ
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026



Dünya Badminton Federasiyası oyun formatında əsaslı dəyişiklik barədə sessiyalar keçirib
İdman 11:45 / 27.04.2026

Dünya Badminton Federasiyası (BWF) üzv federasiyalar üçün məlumat sessiyaları keçirib.

Bu barədə Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, federasiyalara yeni 3×15 hesab sistemi barədə izah verilib. Bu məsələ Dünya Badminton Federasiyasının İllik Ümumi Yığıncağında səsverməyə çıxarılıb.

BWF üzvləri bu sistemi təsdiqləyib. Yeni formatın 4 yanvar 2027-ci ildən tətbiq olunması planlaşdırılır.

3×15 hesab sistemi təklifi badmintonda mövcud 3×21 formatının əvəzinə setlərin 15 xala qədər oynanılmasını nəzərdə tutur. Məqsəd oyunların daha dinamik, qısa və tamaşaçılar üçün daha cəlbedici olmasına nail olmaqdır.

BWF bununla bağlı təqdimat slaydları, rəsmi hesabatlar və digər məlumat materiallarını üzv assosiasiyalar üçün əlçatan edib.


192 oxunub

InvestAZ