XƏBƏR LENTİ
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
İdman 11:40 / 28.04.2026

Mayın2-3-dəBakıda, Dənizkənarı Bulvar ərazisində Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan yelkən idmanı üzrə "Prezident Kuboku” yarışı keçiriləcək.

Bu barədəAzərbaycan Su İdman Növləri Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq"Prezident Kuboku" yarışı Bakı bulvarında, "Yaxt Klub”un yaxınlığında keçiriləcək.

YarışdaAzərbaycan Su İdman Növləri Federasiyası ilə yanaşı, "Xəzər” Yelkənli Qayıqlar İdman Klubundan ümumilikdə 30-dan çox idmançı mübarizə aparacaq. Yarış iki kateqoriyada - yeniyetmələr Optimist, gənclər isə İLCA4 sinfi üzrə keçiriləcək.

Qaliblər diplom və medallarla mükafatlandırılacaqlar.


151 oxunub

InvestAZ