İdman 11:24 / 27.04.2026
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXIX turun oyunlarına yekun vurulacaq.
Turun son oyun günündə "Turan Tovuz" klubu "Zirə"ni qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək oyuna saat 18:00-da start veriləcək. Günün və turun son oyununda isə "Sabah" - "Karvan-Yevlax"la üz-üzə gələcək."Bank Respublika Arena"da keçiriləcək matç saat 20:00-da başlayacaq. Turunəvvəlki oyunlarında"Sumqayıt" "İmişli"ni (2:0), "Şamaxı" "Kəpəz"i (2:0), "Qarabağ" "Neftçi"ni (5:1) məğlub edib. "Qəbələ" - "Araz-Naxçıvan" oyunu heç-heçə başa çatıb - 1:1.