XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Olimpiya Oyunlarına lisenziya verən daha bir yarış təxirə salındı
Olimpiya Hərəkatı 17:00 / 13.03.2020

Martın 18-23-də Belçikanın Sint-Niklas şəhərində keçirilməsi nəzərdə tutulan qılıncoynatma üzrə dünya kubokunun mərhələ yarışı təxirə salınıb. Yarışda Azərbaycanın sablya üzrə milli komandasının üzvləri də iştirak edəcəkdilər.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Hakimov bildirib ki, dünya kubokunun mərhələ turnirinin təxirə salınmasına səbəb koronavirus infeksiyasının yayılması olub.
Qeyd edək ki, bu turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verir.
Bundan əlavə, aprelin 3-11-də ABŞ-ın Solt Leyk Siti şəhərindəki yeniyetmə və gənclərin dünya birinciliyi də təxirə salınıb. Bu turnirdə də Azərbaycan təmsilçiləri iştirak edəcəkdilər.
Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) koronavirus pandemiyası səbəbindən bütün yarışları bir ay müddətinə dayandırıb. Yarışların yeni vaxtı ilə bağlı məlumat verilməyib. FIE Beynəlxalq Olimpiya Komitəsindən lisenziya turnirləri üçün verilən vaxtın uzadılmasını xahiş edib.

42760 oxunub

InvestAZ