XƏBƏR LENTİ
19 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Uimbldonda qadınların fərdi yarışlarının finalçıları müəyyənləşdi
İdman 12:33 / 11.07.2025
Tennis üzrə mövsümün üçüncü "Böyük Dəbilqə” turniri olan Uimbldonda qadınlar arasında fərdi yarışların finalçıları müəyyənləşib.
Həlledici qarşılaşmada Amanda Anisimova (ABŞ) və İqa Svitek (Polşa) üz-üzə gələcək.
Amanda Ansimova İngiltərənin paytaxtı Londonda keçirilən turnirdə belaruslu Arina Sabalenka ilə qarşılaşıb. 23 yaşlı Amanda rəqibini 2:1 (6:4, 4:6 və 6:4) hesabı ilə məğlub edərək həlledici görüşə vəsiqə əldə edib. Günün digər matçında isə dünya nömrəli raketka ustası İqa Svitek və 35-ci sırada yer alan isveçrəli Belinda Bençiçlə qarşılaşıb. Hər iki seti qələbə ilə başa vura (6:2, 6-0) İqa Svitek yekunda 2:0 hesablı qələbə qazanaraq finala yüksəlib.
Amanda Anisimova və İqa Svitek arasında final qarşılaşması iyulun 12-də təşkil olunacaq.


13422 oxunub

InvestAZ