XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Olimpiya festivalında iştirak edəcək stolüstü tennisçilərimiz müəyyənləşdi
İdman 13:15 / 11.07.2025
Şimali Makedoniyada keçiriləcək XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iştirak edəcək stolüstü tennis üzrə Azərbaycan yığmasının heyəti müəyyənləşib.
Festivalda komandamız stolüstü tennis üzrə həm oğlanlar, həm də qızlar arasında yarışlarda təmsil olunacaq.
Yarışa 2 idmançı ilə yollanacaq millimizin heyətində Uğur Nəzərli və Şəbnəm Mansurova yer alıb.
EYOF-2025-in stolüstü tennis yarışları iyulun 22-dən 26-dək keçiriləcək. Yarışlar Skopyedəki "Partizan” idman zalında təşkil olunacaq.
Qeyd edək ki, iyulun 20-dən-26-dək davam edəcək Skopye-2025 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan komandası 10 idman növündə 52 (28 oğlan, 24) idmançı ilə təmsil olunacaq. Festivalın açılış mərasimi iyulun 20-də Skopyedəki Yan Sandanski İdman Mərkəzində keçiriləcək.


14619 oxunub

InvestAZ