XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Olimpiya çempionumuz Beynəlxalq Olimpiya Komitəsində xatirə imzası çəkib
Olimpiya Hərəkatı 13:02 / 20.09.2019

Olimpiya çempionu Fərid Mansurov İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinin yeni istifadəyə verilmiş inzibati binasında Olimpiya çempionlarina həsr olunmuş fəxri lövhədə imzasını çəkib.
Fəxri lövhə hər bir Olimpiya çempionunun Beynəlxalq Olimpiya Komitəsini ziyarət etdiyi zaman öz nəaliyyətlərini əbədiləşdirməyə imkan yaradır.
Olimpiya çempionu, Gənclər və İdman Nazirliyinin İdman idarəsinin rəisi Fərid Mansurov Avropa Milli Olimpiya Komitələrinin Olimpiya Oyunlarına Hazırlığına dair Regional Forumunda iştirak edir. Forum 17-20 sentyabr tarixlərini əhatə edir. Tədbir Beynəlxalq Olimpiya Komitəsinin və Beynəlxalq Olimpiya Komitəsi Olimpiya Həmrəyliyi
Fondunun birgə təşkilatçılığı əsasında təşkil olunub. Proqrama əsasən, Tokio-2020 Olimpiya Oyunlarının akkreditasiya, idman qurğuları, nəqliyyat, yaşayış, tibbi xidmət, anti-dopinq və digər sahələrini əhatə edir.

50837 oxunub

InvestAZ