XƏBƏR LENTİ
11 Fevral 2026
10 Fevral 2026
09 Fevral 2026



WADA Avropa Regional Simpoziumu ilə bağlı video yayımlayıb
İdman 15:48 / 11.02.2026

Martın 18-19-da Bakıda keçiriləcək Avropa üzrə Regional Simpoziumla bağlı Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən rəsmi dəvət xarakterli video hazırlanıb.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) bildirilib ki, videoda yer alan AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə tədbirin əhəmiyyəti, əsas məqsədləri və antidopinq sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb, Bakı simpoziumunun Avropa regionu üçün strateji platforma olduğunu diqqətə çatdırıb.

Həmin video WADA-nın rəsmi sosial media kanallarında və rəsmi internet səhifəsində yayımlanıb. Bu paylaşım WADA-nın simpoziuma verdiyi önəmi, şəffaf kommunikasiya siyasətini və qlobal antidopinq ictimaiyyətini tədbirə cəlb etmək istiqamətində apardığı fəal məlumatlandırma fəaliyyətini bir daha nümayiş etdirir.


201 oxunub

InvestAZ