İdman 16:14 / 11.02.2026
İtaliyalı şort-trek üzrə sürətli konkisürən Arianna Fontana öz ölkəsində keçirilən Qış Olimpiadasında yeni rekorda nail olub.
Olimpiyadunyasi.com xəbər verir ki, 35 yaşlı idmançı bu uğura komandasının tərkibində qarışıq estafet yarışında yiyələnib. Olimpiya çempionu tituluna yiyələnən Arianna Fontana tarixdə ardıcıl altı Qış Olimpiya Oyunlarında ən azı bir medal qazanan ilk qadın idmançı olub.
Qeyd edək ki, Arianna Fontananın hesabında artıq 12 Olimpiya medalı var;
Turin- 2006 - bürünc;
Vankuver-2010- bürünc;
Soçi-2014 - gümüş və iki bürünc;
Pxençxan-2018 - qızıl, gümüş və bürünc;
Pekin-2022 Olimpiya Oyunları - qızıl, iki gümüş;
Milan-Kortina-2026 - qızıl.