İdman 14:44 / 11.02.2026
Avstraliyalı idmançı Kameron Bolton Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının snoubord üzrə yarışlarından kənarda qalıb.
Olimpiyadunyasi.com ESPN-in məlumatına istinadən xəbər verir ki, "Yaşıl qitə"dən olan 35 yaşlı idmançı kross məşqləri zamanı boynunu sındırıb. O, müayinə üçün vertolyotla xəstəxanaya aparılıb. İtaliyalı radioloqlar onun boyun onurğasında iki sınıq aşkar edib. Bildirilir ki, avstraliyalı idmançının ciddi zədəsi onun gələcək karyerasına təsir etməyəcək.