XƏBƏR LENTİ
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026



Kanadanın bayraqdarları dördüncü dəfə Olimpiadaya qoşulurlar  - FOTO
İdman 14:58 / 02.02.2026

Kanada Olimpiya Komitəsi Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının açılış mərasimi üçün bayraqdarlarını müəyyyənləşdirib.

2018-ci ildə Pxençxanda keçirilən qış olimpiadasının xizəksürmə yarışlarının qalibi Mikael Kinqsburi və Soçi-2014-ün skay kross yarışlarının çempionu Marielle Tompson bu hüquqa yiyələniblər.

"Mənə bayraqdar olacağımı bildirəndə həyəcandan özümə yer tapa bilmirdim. Bu, həyatımın ən yaxşı mükafatlarından biri olacaq. Özümü yarışlar üçün yaxşı hiss edirəm”, - deyə Kinqsburi CBC-yə verdiyi müsahibədə bildirib.

"Kanada bayrağını daşımaq Olimpiya karyeramın ən yüksək mükafatlarından biridir. Bizim heyətimizdə çoxlu sayda güclü idmançılar yer alıb. Onların arasında seçilmək inanılmazdır, çox xüsusi bir andır. Mikael və mən bütün Olimpiya Oyunlarında birlikdə yarışmışıq. Düşünürəm ki, bizim aramızda böyük bir dostluq yaranıb və bu şərəfi bölüşmək çox xoşdur”, - deyə Tompson vurğulayıb.

Məlumat üçün bildirək ki, hər iki idmançı üçün İtaliyadakı Qış Olimpiya Oyunları dördüncü sınaq kimi yadda qalacaq.


243 oxunub

InvestAZ