İdman 12:54 / 02.02.2026
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Lerik rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə "2 Fevral – Azərbaycan Gəncləri Günü"münasibətiləgənclər arasında stolüstü tennis turniri təşkil olunub.
Lerik şəhər Mədəniyyət Evində keçirilən turnirdə 14 nəfər həvəskar tennisçi öz məharətlərini göstəriblər.Şəxsi birincilik xarakteri daşıyan turnir Olimpiya sistemi üzrə keçirilib.
Böyük maraqla qarşılanan yarışda qalib gələn tennisçilərə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim edilib.