İdman 12:41 / 06.01.2026
İspaniyanın "Barselona" klubu qış transfer pəncərəsində ilk transferini rəsmiləşdirmək üzrədir.
Olimpnews.az xəbər verir ki, Kataloniya təmsilçisiportuqaliyalı müdafiəçi Joao Kanselonu icarə əsasında heyətinə cəlb edib. Razılaşmaya əsasən31 yaşlı futbolçu iyun ayına qədər nəzərdə tutulub. Katalonlar transfer üçün "Əl-Hilal" klubuna 4 milyon avro icarə ödənişi edəcək.
Qeyd edək ki, J.Kanselo 2023-2024-cü illər mövsümündə də "Barselona"da icarə əsasında çıxış edib.