XƏBƏR LENTİ
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025
27 Dekabr 2025



Aleksandr Tarakanovla əməkdaşlıq başa çatıb
İdman 11:03 / 06.01.2026

Yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Aleksandr Tarakanovla əməkdaşlıq qarşılıqlı razılaşma əsasında başa çatıb.

Bu barədə Olimpiyadunyasi.com-a Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən məlumat verilib. AGF rusiyalı mütəxəssisə Azərbaycan güləşinə verdiyi töhfəyə görə təşəkkürünü bildiribvə ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, 2019-cu ilin oktyabr ayından baş məşqçi vəzifəsində çalışan A.Tarakanovun rəhbərliyi altında milli komanda 2 dəfə Avropa və 2 dəfə dünya çempionu olmaqla yanaşı, Tokio-2020 və Paris-2024 Olimpiya Oyunlarında 1 bürünc medal qazanıb.



720 oxunub

InvestAZ