XƏBƏR LENTİ
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025



XXV Qış Olimpiya Oyunlarının başlanmasına 30 gün qalır
İdman 11:44 / 07.01.2026

İtaliyada təşkil olunacaq Milano–Kortina-2026XXV Qış Olimpiya Oyunlarının başlanmasına 30 gün qalıb.

Artıq Oyunlar üçüngeri sayım başlayıb. Ölkəmiz budəfəki "Ağ Olimpiada"da iki idmançı ilə təmsil olunacaq. Komandamızın üzvlərindən Anastasiya Papatoma dağ xizəyi, Vladimir Litvintsev isəfiqurlu konkisürmə yarışlarında qüvvəsini sınayacaq.

Qeyd edək ki, ilk dəfə 1998-ci ildə Yaponiyanın Naqano şəhərində keçirilən Qış Olimpiya Oyunlarında iştirak edən Azərbaycan atletləri, həmçinin Solt-Leyk-Siti-2002, Turin-2006, Vankuver-2010, Soçi-2014, Pxençxan-2018, Pekin-2022 olimpiadalarında da təmsil olunublar.

Komandamızın bu Oyunlarda əldə etdiyi ən yüksək nəticə 2014-cü ildə Rusiyanın Soçi şəhərində keçirilən Oyunlara təsadüf edib. Həmin yarışda fiqurlu konkisürmənin buzüstü rəqs növündə çıxış edən Yuliya Zlobina və Aleksey Sitnikov cütlüyü 12-ci yeri tutub.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunları fevralın 6-dan 22-dək davam edəcək.


408 oxunub

InvestAZ